Tal Catran: Azərbaycan Startap Ekosisteminin İnkişafı Üçün Böyük Potensial Var

Bənövşə Kazımova
23 İyul 2022 13:30
147 baxış
Tal Catran: Azərbaycan Startap Ekosisteminin İnkişafı Üçün Böyük Potensial Var

Startaplar və akseleratorlar üzrə beynəlxalq səviyyəli ekspert Tal Catran "Techaz Media"ya "Baku ID Summer’ 22" tədbirindən danışıb. O, tədbirlə bağlı təəssüratlarını bölüşüb. Tal Catran həmçinin Azərbaycan startap ekosistemiylə bağlı fikirlərini bildirərək ekosistemin inkişaf perspektivlərinə malik olduğunu da qeyd edib. 

Tal Catran TC Holdings platformasının təsisçisidir. Bu platforma üzərindən o, bir çox startapın, software və hardware proqram təminatı sistemlərinin, həmçinin müxtəlif texnoloji tətbiqlər üzrə xidmət göstərən şirkətlərin idarə edilməsində aktiv iştirak edir. Cənab Catran biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə ixtisaslaşmış sahibkardır. O, həmçinin bir sıra sənaye və iqtisadiyyatın ayrı-ayrı aspektləri üzrə yeni fəaliyyətə başlayan startapların (pre-seed and seed) təsisçilərinə də böyük motivasiya mənbəyidir.

© copyright 2022 | tech.az | info@tech.az