Taliban zorakılığı təbliğ etdiyi üçün PUBG Mobile oyununu qadağan edib

Cəmil Hüseynzadə
22 Sentyabr 2022 01:04
104 baxış
Taliban zorakılığı təbliğ etdiyi üçün PUBG Mobile oyununu qadağan edib

Taliban zorakılığı təbliğ etdiyi üçün Əfqanıstanda PUBG Mobile oyununu qadağan edib. Telekommunikasiya Nazirliyi təhlükəsizlik sektorunun nümayəndələri və şəriət hüquq-mühafizə administrasiyasının nümayəndəsi ilə görüşdə Əfqanıstanda həm TikTok, həm də Pubg tətbiqlərini 90 gün müddətində qadağan etmək qərarına gəlib. Yeni qərarın 90 gün ərzində qüvvəyə minəcəyi gözlənilir. Əfqanıstan Media Khama-nın məlumatına görə, Taliban bu məşhur video oyunların zorakılığı təşviq etdiyinə və millətin gənclərinə mənfi təsir etdiyinə inandığı üçün bu qərarı qəbul edib.

İclasda qəbul edilən qərara əsasən, bundan sonra bir ay ərzində TikTok, növbəti 90 gün ərzində isə Pubg qadağan edilməlidir. Qərar elan olunmuş qrafik çərçivəsində həyata keçirilməsi üçün ölkə üzrə telekommunikasiya və internet provayderləri ilə paylaşılıb.

Əfqanıstan Pakistan və Hindistandan sonra məşhur oyun proqramı olan Pubg-ni qadağan edən 3-cü ölkədir. Pubg uşaqlar və yeniyetmələr arasında dünyada ən çox oyunçu ilə döyüş meydanında onlayn oyun proqramıdır.

© copyright 2022 | tech.az | info@tech.az