Tech.az Media-nın tərəfdaşlığı ilə növbəti dəfə "Startup Grind Baku" tədbiri keçiriləcək

Bənövşə Kazımova
24 Noyabr 2022 16:49
112 baxış
Tech.az Media-nın tərəfdaşlığı ilə növbəti dəfə "Startup Grind Baku" tədbiri keçiriləcək

Azərbaycan startap ekosisteminin problemlərini və onların həlli yollarını öyrənmək istəyənlər üçün Tech.az Media-nın tərəfdaşlığı ilə növbəti dəfə "Startup Grind Baku" tədbiri keçiriləcək.

Bu dəfəki "Startup Grind Baku" tədbiri Tariyel Ağazadənin spikerliyi ilə baş tutacaq. Tariyel 5 ilə yaxındır ki, startap, innovasiya və texnoloji media sahəsində fəaliyyət göstərir. Tariyel Ağazadə 2018-ci ildə "Webspace" adlı ilk tech media şirkətini qurub və ASAN İnnovasiya Mərkəzinə satıb (exit edib). 100-dən çox startapa mentorluq dəstəyi verib, 50-dən çox müxtəlif yerli və beynəlxalq innovasiya tədbirləri təşkil edib. Tariyel bəyin professional fəaliyyətinin bir hissəsi dünyanın 10-dan çox ölkəsində fəaliyyət göstərən maliyyə texnologiyaları şirkəti Paymes (Paytabs)-da keçib. Hal-hazırda isə "Kapital Bank"ın innovasiya üzrə proqram rəhbəri vəzifəsində çalışır. O, tədbir müddətində Azərbaycan ekosistemində olan problemlərdən, startupların qlobala exit etməsində olan çətinliklərdən danışacaq. 

Tədbir 3 dekabr tarixində saat 17:00-da SABAH.lab İnkubasiya və Akserasiya Mərkəzində keçiriləcək. Tədbirə qeydiyyatdan keçmək istəyən şəxslər buraya daxil ola bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az