Techaz Medianın təşkilatçılığı ilə “techtalks” tədbiri keçiriləcək

Bənövşə Kazımova
20 İyun 2022 13:30
44 baxış
Techaz Medianın təşkilatçılığı ilə “techtalks” tədbiri keçiriləcək

ABB-nin İnnovasiya Mərkəzinin tərəfdaşlığı və Techaz Medianın təşkilatçılığı ilə “techtalks” tədbiri keçiriləcək.

"techtalks" tədbiri dünyada inkişaf etməkdə olan texnologiyalar, ən son texnoloji yeniliklər, onların inkişafı və təhlili kimi mövzuları özündə əks etdirən dünya miqyaslı tədbirdir. Həmçinin tədbirdə bu mövzularla yanaşı, startaplar, onların yaranması, inkişafı, startap ekosistemi, inkişafı kimi mövzuları ətrafında da spikerlər öz fikir və təcrübələrini iştirakçılarla bölüşürlər.

Tədbirdə iştirak yalnız qeydiyyat əsasında olacaqdır. Yerlər məhdud olduğundan bu fürsəti qaçırmamaq üçün qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyatdan keçmək istəyən şəxslər https://bit.ly/3HF72EE linkimə daxil olub formu dolduraraq qeydiyyatdan keçə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az