Təmizləyici avtonom robotlar hazırlayan Avidbots 70 milyon dollar sərmayə alıb

Bənövşə Kazımova
28 Sentyabr 2022 15:18
51 baxış
Təmizləyici avtonom robotlar hazırlayan Avidbots 70 milyon dollar sərmayə alıb

Kanadada fəaliyyət göstərən təmizləyici avtonom robotlar hazırlayan startap Avidbots startapı C seriyasının investisiya turunda 70 milyon dollar investisiya alıb. İnvestisiya raunduna Generation Capital rəhbərlik edib. Generation Capital ilə yanaşı, GV Capital, True Ventures, Kensington Capital Partners, Next 47, SOSV, BDC Capital, Golden Ventures, BMO Capital Partners, Golden Vision Capital və Nicola Wealth də iştirak edib.

Yeni investisiya ilə startapın əldə etdiyi ümumi investisiya məbləği 107 milyon dollara çatıb. 2014-cü ildə Ontarioda Faizan Şeyx  və Pablo Molina tərəfindən qurulan Avidbots avtonom təmizləyici robotlar istehsal edir. Startapın hazırladığı avtonom təmizləyici robot Neo 2 modeli müxtəlif hava limanlarında, anbarlarda və ticarət mərkəzlərində fəal şəkildə istifadə olunur.

1000-dən çox Neo 2 modeli Şimali Amerika, Asiya, Avropa, Yaxın Şərq və Avstraliyada istifadə olunur. Avtonom işləyən Neo 2 hava limanları və ticarət mərkəzləri kimi böyük ərazilərin əməliyyat yükünü də yüngülləşdirir. Onu da nəzərinizə çatdıraq ki, bu investisiya startapın proqram təminatının hazırlanmasına və işçilərin sayının artırılmasına yönəldiləcək.

© copyright 2022 | tech.az | info@tech.az