Tesla 2022-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb

Bənövşə Kazımova
03 Oktyabr 2022 15:22
36 baxış
Tesla 2022-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb

Tesla-nın 2022-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatı açıqlanıb. Elektrik avtomobil sahəsinin lideri olan Tesla 2022-ci ilin üçüncü rübündə rekord satış rəqəminə çatıb. İlin ikinci rübündə çox da yaxşı nəticələr əldə etməyən şirkət ilin üçüncü rübündə satış rekordu qırmağı bacarıb.

Şirkətin hesabatına görə, ilin üçüncü rübündə cəmi 383 min 830 avtomobil satılıb. Şirkət bu müddət ərzində 346.000 Tesla Model 3 və Model Y istehsal edib. Qeyd edək ki, bu nəqliyyat vasitələrinin 325 mini sahiblərinə çatıb. Digər tərəfdən Model S və Model X-in ümumi istehsal həcmi 18 min 672 ədəd təşkil edir. 

Tesla 3-cü rübdə uğurlu nəticələ əldə etsə də, bu rüb üçün gözləntiləri tam qarşılamayıb. 2022-ci ilin üçüncü rübü üçün elektrik avtomobil istehsalçısı 350 ilə 370 min ədəd arasında satış hədəfləmişdi. Şirkətin anbarlarında 20 mindən çox avtomobil olduğu üçün şirkət  bu hədəfə çata bilməyib.

© copyright 2022 | tech.az | info@tech.az