Tesla Çindəki fabrikini daha da genişləndirir

Bənövşə Kazımova
21 Sentyabr 2022 10:14
95 baxış
Tesla Çindəki fabrikini daha da genişləndirir

2019-cu ildə Tesla dünyanın ən böyük və ən sürətlə böyüyən bazarı olan Çinə sürətlə daxil olmuş və Şanxayda ABŞ-dan kənarda ilk istehsal zavodunu açmışdı. Şirkət indi Çindəki fabrikini daha da genişləndirmək qərarına gəlib.

Şanxay Gigafabrikasında istehsal olunan avtomobillər Danimarka, İsveçrə, İsveç, İspaniya, Hollandiya, Norveç kimi bir çox ölkəyə ixrac edilir. Açıqlamaya görə, Tesla Şanxaydakı zavodunda istehsal gücünün genişləndirilməsi layihəsini bazar ertəsi günü başa çatdırıb. Buna görə Tesla  30 noyabra qədər istehsal xətlərini sınaqdan keçirəcək.

Verilən açıqlamada istehsal müəssisəsinin üç il ərzində 1 milyon avtomobil istehsal etdiyi də vurğulanıb. Şirkət üçün mühüm mərkəz olan fabrik bu ilin ilk altı ayında 300 min avtomobil istehsal edib və 97 min 182 avtomobil ixrac edib. Ötən ilin eyni dövründə ixrac sayı 41 min olub. Tesla həmçinin Şanxaydakı zavodunda istehsal gücünü artırmaq üçün 1,2 milyard yuana (170 milyon dollar) qədər investisiya qoymağı da planlaşdırır.

 

© copyright 2022 | tech.az | info@tech.az