Theorycraft Games oyun studiyası 50 milyon dollar yatırım alıb

Bənövşə Kazımova
24 Sentyabr 2022 14:24
41 baxış
Theorycraft Games oyun studiyası 50 milyon dollar yatırım alıb

Müstəqil  oyun studiyası olan Theorycraft Games investisiya turunda yeni investisiya aldığını açıqlayıb. Startap B seriyasının investisiya turunda 50 milyon dollarlıq investisiya alıb. Theorycraft Games-in investisiya turuna oyunlara yatırdığı sərmayələrlə diqqət çəkən Makers Fund rəhbərlik edib.

İnvestisiya raundunda Makers Fund ilə yanaşı, həmçinin NEA və a16z da iştirak edib. Yeni sərmayə ilə Theorycraft Games-in bu günə qədər əldə etdiyi ümumi sərmayə məbləği isə 87,5 milyon dollara çatıb. Hazırda ilk oyunu üzərində çalışan Theorycraft Games bu investisiyani oyunun inkişaf prosesini sürətləndirmək və komandasını böyütmək üçün istifadə edəcək.

2020-ci ildə Los-Ancelesdə Areeb Pirani, Co Tunq və Maykl Evans tərəfindən qurulan Theorycraft Games "Loki" kod adlı oyun üzərində işləyir. Qeyd edək ki, Loki komanda şəklində oynanıla biləcək macəra oyunu olacaq.

© copyright 2022 | tech.az | info@tech.az