TikTok "dislike" funksiyasını istifadəyə verir

Cəmil Hüseynzadə
14 Aprel 2022 13:30
52 baxış
TikTok "dislike" funksiyasını istifadəyə verir

TikTok yeni funksiyanı - şərhləri bəyənməmə düyməsini test etdiyini açıqlayıb. Yeni funksiya ilə istifadəçilər xoşagəlməyən, spam olan şərhləri “dislike” edə biləcəklər. Bir çox TikTok istifadəçisi videolara gələn qeyri-etik, xoşagəlməyən şərhlərdən narahatlıq hiss edirdi. Şərhlərin idarə edilməsində problemlərlə üzləşən istifadəçilər bunu həll edə bilmədikləri üçün TikTok özü məsələni həll etmək qərarına gəlib. TikTok, bu düyməni istifadəçilərin spam ola biləcək və ya altında yerləşdirdikləri video kontekstində mənası olmayan şərhləri qeyd etmək üçün bir yol olaraq gördüyünü açqılayıb.

© copyright 2022 | tech.az | info@tech.az