TikTok sosial media üçün təhsil proqramı həyata keçirəcək

Səbinə Eyvazova
07 Aprel 2022 13:30
55 baxış
TikTok sosial media üçün təhsil proqramı həyata keçirəcək

Tiktok sosial media üçün təhsil proqramına başlayacaq. Bu barədə platforma öz rəsmi bloq yazısında açıqlama verib. TikTok paylaşdığı bloq yazısında özü üçün təhsil proqramı hazırlayacağını bildirib və əlavə edib ki, Creative Agency Partnerships (CAP University) adlandırdığı təlimin məqsədi platformada növbəti səviyyə üçün kontenti inkişaf etdirməkdir. Qeyd edək ki, şirkət təlimdə iştirak edən tələbələrə platforma ilə işə başlamaq üçün bilməli olduqlarını və marketinq oyunlarını necə inkişaf etdirəcəklərini öyrədəcək. Təlimi başa vuran istifadəçilər kreativ ideyalar öyrənəcək, platformadaxili konsepsiyalar yaradacaq və bu sahələrdə müştərilər qazanacaqlar. Mayın 19-da onlayn olaraq başlayacaq TikTok təlimi ümumilikdə beş həftə davam edəcək. Bildirili ki, təlimdə kontentdən əməkdaşlığa və hətta musiqi lisenziyasına qədər bütün məlumatlar öyrədiləcək.

© copyright 2022 | tech.az | info@tech.az