Türk NFT oyun şirkəti Yin Yang Game 1 mln dollar investisiya alıb

Cəmil Hüseynzadə
11 Avqust 2022 16:10
231 baxış
Türk NFT oyun şirkəti Yin Yang Game 1 mln dollar investisiya alıb

2021-ci ilin yanvar ayında qurulan Yin Yang Games 1 milyon dollar investisiya alıb. Gelişim Group və digər fərdi şəxslərin daxil olduğu invesitisiya turunda yatırım əldə edilib. Oyun rəsmiləri açıqlamalarında investisiyanı Reincarnation NFT oyunun inkişafına yatıracaqları bildiriblər.

Yin Yang Games İlker Onur Kaya, Alperen Kırcanoğulları, Ali Anıl Esmer və Yiğit Karatokuş tərəfindən 2021-ci ilin yanvar ayında qurulub. Oyunlar, NFT kolleksiyaları və blokçeyn xidmətləri təqdim edən Yin Yang Games hazırda NFT GameFi sahəsində oyunlar hazırlayır.

© copyright 2022 | tech.az | info@tech.az