Twitch kripto qumar yayımlarını qadağan edir

Bənövşə Kazımova
21 Sentyabr 2022 11:14
75 baxış
Twitch kripto qumar yayımlarını qadağan edir

Amazon-a məxsus populyar canlı yayım platforması olan Twitch son günlər qumar yayımlarına görə tez-tez tənqid olunur. Bu istiqamətdə addım atan Twitch platformada kripto qumar yayımlarının qadağan ediləcəyi barədə açıqlama verib.

Twitch tərəfindən verilən son açıqlamada Stake.com, Rolbit və Duelbits.com kimi ABŞ-da lisenziyası olmadan fəaliyyət göstərən və canlı yayımlanan qumar saytlarının qadağan ediləcəyi bildirilib. Amma platformanın qadağan olunmuş saytlar siyahısına əlavə etdiyi Stake.com Cənubi Amerikada Kurasaoda lisenziyalı sayt kimi fəaliyyət göstərirdi.

Onu da əlavə edək ki, qadağa oktyabrın 18-dən qüvvəyə minəcək.

© copyright 2022 | tech.az | info@tech.az