Uber Xarkovda fəaliyyətini bərpa edib

Bənövşə Kazımova
27 Sentyabr 2022 16:43
50 baxış
Uber Xarkovda fəaliyyətini bərpa edib

Uber Xarkovda xidmətini bərpa etdiyini açıqlayıb. Şirkət Xarkovun bərpasını sürətləndirmək və yerli ictimaiyyətə dəstək olmaq üçün ilk ay bütün gedişlərə 50% endirim təklif edəcək. Bundan əlavə, sürücülərdən xidmət haqqı almayacaq.

Uber-in Mərkəzi və Şərqi Avropa üzrə baş meneceri Marçin Moçiroq bildirib ki, Xarkov vilayətində əldə olunan son nailiyyətlər getdikcə daha çox müəssisə və vətəndaşı şəhərin həyatını və iqtisadiyyatını mümkün qədər tez bərpa etmək üçün geri qayıtmağa stimul verəcək. Həmçinin o açıqlamasında Uber-in Xarkovda fəaliyyətini bərpa etdiyi üçün məmnunluq hissi keçirdiyini əlavə edib. Məlumatlara görə, hazırda Uber Ukraynanın Xarkov da daxil olmaqla,18 şəhərində fəaliyyətini davam etdirir. 

Xarkovda Uber-in fəaliyyətinin bərpası bir çox biznes sahələri üçün mühüm rol oynayacaq. Bundan sonra daha çox şirkətin belə bir addım atacağı gözlənilir. Nəzərinizə çatdıraq ki, bu, oradakı həyatını və iqtisadiyyatı ən qısa zamanda bərpa etməyə imkan verəcək.

© copyright 2022 | tech.az | info@tech.az