Ürək-damar xəstəliklərinin müalicəsinə yönələn Cleerly startapı 192 milyon dollar investisiya alıb

Səbinə Eyvazova
27 İyul 2022 13:30
46 baxış
Ürək-damar xəstəliklərinin müalicəsinə yönələn Cleerly startapı 192 milyon dollar investisiya alıb

Ürək-damar xəstəliklərinin müalicəsinə yönələn Cleerly startapı 192 milyon dollar investisiya əldə edib. 192 milyon dollarlıq investisiya raunduna Rowe Price and Fidelity Management and Research Company rəhbərlik edib.

Digər iştirakçıları arasında Sands Capital, Piper Sandlerin Merchant Banking və Heartland Healthcare Capital fondları, Mirae Asset Capital, Peter Thiel, Breyer Capital, Novartis, Vensana Capital, LRVHealth, New Leaf Ventures, Cigna Ventures və DigiTx Partners yer alıb. Əlavə edək ki, bu investisiya ilə startapın ümumi investisiya məbləği 248 milyon dollara yüksəlib.

Startap 2016-cı ildə bu sahədə ixtisaslaşmış həkim Ceyms Min tərəfindən təsis edilib. Nyu-Yorkda yerləşən startap damar divarlarında lövhə yığılmasını qiymətləndirərək ürək xəstəliklərini erkən aşkarlayır və xəstələrə fərdi müalicə proqramları təklif edir. Həmçinin süni intellektə əsaslanan platforma ürək-damar xəstəliklərinə 84 faiz dəqiqliklə diaqnoz qoyur.

© copyright 2022 | tech.az | info@tech.az