Vanguard Group Twitter-dəki payını 10,3 faizədək artırıb.

Səbinə Eyvazova
16 Aprel 2022 13:30
51 baxış
Vanguard Group Twitter-dəki payını 10,3 faizədək artırıb.

Elon Musk Twitter-də ən böyük səhmdar ünvanını itirib. Çünki Vanguard Group-un Twitter-dəki payını 10,3%-dək artırdığı bildirilir.Son vaxtlar Elon Musk Twitter-lə bağlı atdığı addımlarla gündəmdə yer alır. Qeyd edək ki, Musk ilk olaraq 15 mart 2022-ci ildə Twitter-in 9,2 faiz səhmini almışdı. Bu yolla şirkətin ən böyük səhmdarına çevrilən Mask sonradan şirkətin idarə heyətinə daxil olmağı düşünsə də, son anda geri çəkilmişdi. Son günlərdə isə o, Twitter-i almaq üçün 43 milyard dollar təklif etdiyi bildirilirdi. Həmçinin təklifinin qəbul olunmadığı təqdirdə, səhmdarlıq mövqeyini yenidən nəzərdən keçirəcəyini bildirən iş adamı böyük şok yaşayıb. Çünki ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) dərc etdiyi son məlumatlarfa Vanguard Group investisiya şirkətinin səhmlərinin sayını indiyədək 82,4 milyona çatdırdığı və bunun 10,3 faizlik paya uyğun gəldiyi açıqlanıb. Bu halda Musk Twitter-in ən böyük səhmdarı ünvanını da itirib. Bununla belə, o, hələ də şirkətin ən böyük fərdi səhmdarı adını qoruyur. Bunun Musk-ın Twitter-i almaq planına necə təsir edəcəyini zaman göstərəcək.

© copyright 2022 | tech.az | info@tech.az