Virtual reallıq oyunu Gym Class 8 milyon dollar toxum investisiya alıb

Səbinə Eyvazova
04 Avqust 2022 13:30
87 baxış
Virtual reallıq oyunu Gym Class 8 milyon dollar toxum investisiya alıb

Texnologiya dünyasının ən vacib sahələrindən birinə çevrilən oyunlar virtual reallıqda böyüməyə davam edir. Məlumatlara görə, virtual reallığa (VR) yönəlmiş basketbol oyun tətbiqi Gym Class investisiya alıb.

Məlumatlarda bildirilib ki, oyuna 8 milyon dollar sərmayə qoyulub. Andreessen Horowitz (a16z)-in rəhbərlik etdiyi bu investisiya turunda Y Combinator da iştirak edib. Startapın bu investisiyadan fəaliyyətini və komandasını genişləndirməsi üçün istifadə edəcəyi bildirilir.

Bundan əlavə, Gym Class bu yaxınlarda Meta Quest App Lab-də yer alıb. Həmçinin tətbiq qısa müddətdə 1 milyondan çox oyunçu tərəfindən endirilib. Startapın verdiyi açıqlamaya görə, oyun yaxın aylarda Meta Quest mağazası üçün də əlçatan olacaq. Meta Quest VR eynəkləri ilə oynamaq mümkün olan Gym Class virtual reallıqda onlayn basketbol oynamağa imkan verir.

Əlavə edək ki, Gym Class-ı eyni vaxtda 8 nəfər onlayn oynaya bilər. Gym Class-da siz fiziki hərəkətlərlə yanaşı, bədən avatarlarınızı idarə edə bilərsiniz. Gym Class-ın ən vacib xüsusiyyətlərindən biri isə oyunçulara öz basketbol meydançalarını dizayn etməyə imkan verməsidir.

© copyright 2022 | tech.az | info@tech.az