Vivo X Fold Plus smartfonunun təqdimat tarixi açıqlanıb

Bənövşə Kazımova
21 Sentyabr 2022 10:55
28 baxış
Vivo X Fold Plus smartfonunun təqdimat tarixi açıqlanıb

Vivo şirkəti yeni Vivo X Fold Plus modelinin təqdimat tarixini açıqlayıb. Model 26 sentyabr istifadəçilərə təqdim olunacaq.

Bundan əlavə, smartfonun bəzi xüsusiyyətləri də məlum olub. Yeni modelin Android 12 əməliyyat sistemi ilə istifadəçilərə təqdim ediləcək. Həmçinin Qualcomm tərəfindən istehsal olunan Snapdragon 8 Plus Gen 1 prosessoruna sahib olacaq.

Snapdragon 8 Plus Gen 1 prosessoru 3,19 GHz tezliyində Cortex-X2, 2,75 GHz tezliyində işləyən üç Cortex-A710 və 1,80 GHz tezliyində işləyən dörd Cortex-A510 nüvəsinə malikdir. 4nm texnologiyası ilə istehsal edilən prosessorun qrafik interfeysi Adreno 730-dur.

Kamera tərəfində 50 meqapiksellik əsas kamera, 40 meqapiksellik ultra geniş bucaqlı kamera, 12 meqapiksellik portret kamerası və 5x böyütmə ilə 8 meqapiksellik periskop obyektivi olacaq. Selfi kamerasının isə 16 meqapiksel olacağı gözlənilir. Əvvəlki X Fold modeliylə müqayisədə daha böyük ekrana sahib olacağı gözlənilən cihaz 4700 mAh batareyadan istifadə edəcək. Sürətli enerji doldurma texnologiyası 66 Vt və ya 80 Vt olacaq.

Vivo X Fold Plus modelinin rəqibi Samsung Galaxy Z Fold 4-dən daha aşağı qiymətlə satışa çıxarılacağı təxmin edilir. Xatırladaq ki, Galaxy Z Fold 4 modeli 1799 dollara satışa çıxarılıb.

© copyright 2022 | tech.az | info@tech.az