“Volvo"nun elektrikli avtomobili EX90 körpələrin nəfəsini hiss edə biləcək

Bənövşə Kazımova
30 Sentyabr 2022 12:34
111 baxış
“Volvo"nun elektrikli avtomobili EX90 körpələrin nəfəsini hiss edə biləcək

Volvo şirkətinin elektrikli avtomobili EX90 modellərində avtomobildə qalan uşaqlar və heyvanları izləyəcə biləcək təhlükəsizlik sistemi - salon radarı quraşdıracağı bildirilir.

Sensor submillimetr səviyyəsində işləyəcək və yuxuda olan körpənin nəfəs aldığını bilmək üçün onun sinəsinin qalxıb-enməsini qeydə alacaq. Sistem standart olaraq bütün EX90-larda istifadə ediləcək. Lakin o, yalnız 60 GHz tezliyinin kommersiya istifadəsinə icazə verilən ölkələrdə əlçatan olacaq. Əlavə olaraq bildirək ki, avtomobildə beş radar, səkkiz kamera və 16 ultrasəs sensoru da quraşdırılacaq.

Həmçinin şirkətin EX90 elektrikli avtomobili XC90 modelini əvəz edəcək. Avtomobil rəsmi şəkildə bu il noyabr ayının 9-da təqdim olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az