WeWork təsisçisi yeni milyard dollarlıq daşınmaz əmlak startapı qurur

Cəmil Hüseynzadə
16 Avqust 2022 01:34
177 baxış
WeWork təsisçisi yeni milyard dollarlıq daşınmaz əmlak startapı qurur

WeWork ortaq ofis startapının həmtəsisçisi və keçmiş icraçı direktoru Adam Neumann-nın yeni daşınmaz əmlak icarəsi biznesi üzərində işlədiyi məlum olub. The New York Times -ın hesabatına görə, o yeni layihə üçün Andreessen Horowitz-dən maliyyə alıb. Vençur kapitalı firması Neumann-ın Flow adlı gələcək daşınmaz əmlak biznesinə təxminən 350 milyon dollar sərmayə yatırıb. Artıq Adam Neumann Facebook-dan Airbnb-yə qədər bir çox böyük irkətlərin ilkin investoru olan məşhur Silikon Vadisi vençur kapitalı firması Andreessen Horowitz-in maliyyə dəstəyinə malikdir. Bu investisiya Andressen Horowitz-in indiyə qədər bir şirkətə maliyyələşdirmə turunda yazdığı ən böyük fərdi çekdir. Flow-un 2023-cü ildə fəaliyyətə başlaması gözlənilir. Yeni startapa rəhbərlik edəcək Andressen Horowitz-in sərmayə qoymadığı güman edilir.Neumann Flow markalı mənzillərini tikmək üçün Mayami, Fort Lauderdale, Atlanta və Nashville-də artıq 3000 mənzil alıb.

İşçilər üçün çevik ofis sahələri təmin edən şirkət bir vaxtlar 50 milyard dollar dəyərində qiymətləndirilirdi. Lakin uğursuz ictimai təklifdən və yanlış idarəetmədən sonra WeWork faktiki biznesindən daha çox korporativ drama ilə tanındı. Hadisələr fonunda Neumann 2019-cu ildə WeWork-dən uzaqlaşdırıldı. Lakin o şirkətdən uzaqlaşdırılarkən yüz milyonlarla dollarlara sahib idi. Bu gün WeWork-un bazar dəyəri təxminən 4 milyard dollardır.

Neumann Flow markalı mənzillərini tikmək üçün Mayami, Fort Lauderdale, Atlanta və Nashville-də artıq 3000 mənzil alıb.

© copyright 2022 | tech.az | info@tech.az