WhatsApp-da avatarlardan istifadə funksiyası beta versiyada təqdim olunub

Səbinə Eyvazova
22 İyul 2022 13:30
25 baxış
WhatsApp-da avatarlardan istifadə funksiyası beta versiyada təqdim olunub

Daha əvvəl avatarlardan istifadə funksiyası Instagram-da istifadəyə verilmişdi. İndi isə WhatsApp beta istifadəçilərinə videozənglərdə avatarlardan istifadə etmək imkanı verir. Platforma istifadəçilərinə videozənglər zamanı avatarlardan istifadə etməyə icazə verəcək. İstifadəçilər həmçinin qruplar və ya fərdi söhbətlərdə avatarları stiker kimi də göndərə biləcəklər.

WABetaInfo tərəfindən paylaşılan ekran görüntüsündə də  video zəng zamanı "Switch to Avatar" düyməsinin olduğu göstərilir. Digər tərəfdən bu funksiya hələ inkişaf mərhələsində olduğu üçün buraxılış tarixi ilə bağlı hələlik məlumat yoxdur.

Bildirilir ki, WhatsApp bu funksiyanı həm Android, həm də iOS-da bütün istifadəçilərə təqdim etməzdən əvvəl uzun müddət sınaq mərhələsində saxlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az