Xiaomi Civi 2 təqdim olundu

Bənövşə Kazımova
27 Sentyabr 2022 14:12
50 baxış
Xiaomi Civi 2 təqdim olundu

Xiaomi bu gün Çində keçirdiyi tədbirdə maraqla gözlənilən Civi 2 modelini təqdim edib.

Smartfonun texniki xüsusiyyətlərindən danışsaq, qeyd edə bilərik ki, Xiaomi Civi 2 6,55 düymlük Full HD təsvir ölçülü və 120 Hz yeniləmə tezliyi olan AMOLED panel ilə təmin olunub. Cihaz Qualcomm Snapdragon 7 Gen 1 prosessoru ilə təchiz edilib. 4 nm istehsal prosesi ilə istehsal edilən çipsetdə Adreno 662 qrafik blokundan əlavə 2,4 GHz ARM Cortex-A710 (Kryo), üç 2,36 GHz ARM Cortex-A710 və dörd 1,8 GHz ARM Cortex-A510 nüvəsi var.

Ön tərəfdə iki 32 meqapiksellik selfi kamerası, arxa tərəfdə isə 50 meqapiksellik əsas, 20 meqapiksellik ultra geniş və 2 meqapiksellik makro sensordan ibarət üçlü kamera var. Bunlardan əlavə, model 8/12 GB RAM və 128/256 GB daxili yaddaş seçimlərinə malikdir. Həmçinin 67 Vt sürəti dəstəkləyən 4500 mAh batareyaya malikdir. Onu da vurğulayaq ki, smartfon Android 12 əsaslı MIUI 13 interfeysi ilə işləyəcək

© copyright 2022 | tech.az | info@tech.az