Xiaomi smartfonları yalan detektoru kimi istifadə edilə biləcək

Bənövşə Kazımova
14 Mart 2023 15:06
229 baxış
Xiaomi smartfonları yalan detektoru kimi istifadə edilə biləcək

Çinin smartfon istehsalçısı Xiaomi şirkəti smartfonlara inteqrasiya oluna bilən yalan detektorunu patentləşdirib. Bununla da, Xiaomi-nin gələcəkdə buraxacağı flaqman telefonları yalan detektoru kimi istifadə edilə biləcək.

Xiaomi-nin smartfonlar üçün yeni patenti insan gözlərinə yönələcək. Bu texnologiya istifadəçinin üzünü və göz bəbəklərini izləyən xüsusi kamera sayəsində həmin şəxsin yalan danışıb danışmadığını müəyyən edə biləcək. Həmçinin kameranın süni intellekti bəbəyin genişlənməsinin stressdən, yoxsa yalandan olduğunu müəyyən edəcək.

Əlavə olaraq bildirək ki, Çin şirkətinin bu texnologiyadan hansı cihazlar üçün istifadə etməyi planlaşdırdığı hələlik məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az