Yaşlıların psixoloji xəstəliklərinə diqqət yetirən Rippl Care 32 milyon dollar toxum sərmayə alıb

Bənövşə Kazımova
30 Sentyabr 2022 11:54
36 baxış
Yaşlıların psixoloji xəstəliklərinə diqqət yetirən Rippl Care 32 milyon dollar toxum sərmayə alıb

Yaşlıların psixoloji xəstəliklərinə diqqət yetirən Rippl Care 32 milyon dollarlıq  toxum sərmayəsi alıb. ABŞ-da yerləşən Rippl-in toxum investisiya raunduna ARCH Venture Partners və General Catalyst rəhbərlik edib. Turda GV, F-Prime Capital və Mass General Brigham Ventures də iştirak edib.

Demansiya, deliriya və digər psixi pozğunluqlara diqqət yetirən şirkət istifadəçilərə 24/7 məsafədən fərdi qayğı və müalicə əldə etmək imkanı yaratmağı hədəfləyir. Startapın məqsədi yaşlı insanlar üçün münasib qiymətə müalicə almaq imkanı yaratmaqdır.

Starbucks-ın keçmiş EMEA prezidenti Kris Engskov tərəfindən qurulan startap bu il Sietldə pilot proqramlara başlayacaq. Həmçinin 2023-cü ilə qədər ABŞ-ın digər ştatlarında da xidmətlər açmağı hədəfləyir. Bundan əlavə, Rippl bu sahədə fəaliyyət göstərmək üçünbir sıra tibb universitetləriylə də əməkdaşlıq edir.

© copyright 2022 | tech.az | info@tech.az