Yeni nəsil AirPods modellərində eşitmə qabiliyyətini izləmək mümkün olacaq

Bənövşə Kazımova
15 Mart 2023 12:09
215 baxış
Yeni nəsil AirPods modellərində eşitmə qabiliyyətini izləmək mümkün olacaq

Bildirilir ki, Apple bir neçə ildən sonra buraxacağı AirPods modellərinə eşitmə problemi olanlar üçün xüsusiyyətlər əlavə edəcək.

Bloomberg xəbər agentliyinin baş redaktoru Mark Qurmanın sözlərinə görə, gələcək AirPods modellərində eşitmə qabiliyyətini izləmək imkanı olacaq. Cihaz insanın eşitmə vəziyyətini izləməyə imkan verən sensorlarla təmin ediləcək.

Nəticədə bu funksiya gündəlik həyatda eşitmə çətinliyi olan insanların ideal şəkildə eşitməsinə kömək edəcək. İstifadəçilər heç bir eşitmə aparatından istifadə etmədən eşitmə problemlərini yalnız qulaqlıq vasitəsilə aradan qaldıracaqlar.

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu funksiyaya malik AirPods modelləri 2025-ci ildə buraxılacaq.

© copyright 2022 | tech.az | info@tech.az