YENİ START-UP YARIŞI - "UNEC STARTUP CUP" üçün QEYDİYYAT BAŞLADI! 

Bənövşə Kazımova
16 Mart 2023 13:29
112 baxış
 YENİ START-UP YARIŞI - "UNEC STARTUP CUP" üçün QEYDİYYAT BAŞLADI! 

“UNEC Startup Cup" bu il ümummilli lider "Heydər Əliyev ili"nə həsr edilmiş və ölkəmizdə hər il keçiriləcək qrant müsabiqəsidir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən müsabiqə, ilkin məhsulu və bazarda fəaliyyəti olan start-uplara dəstək məqsədi ilə təşkil olunmuşdur 

Hansı start-uplar müraciət edə bilərlər?

  •  Bazarda işlək olan hazır məhsul sahibi (minimum MVP);
  •  Həmtəsisçilərindən ən azı biri UNEC tələbəsi və ya məzunu, eyni zamanda komanda daxilində minimum 10% səhmə sahibdirsə;
  •  Müraciət etdiyi dövrə qədər əldə etdiyi investisiya 50.000 AZN və daha yuxarı məbləği əhatə etmirsə 

Qalib start-up sonda 20.000 AZN qrant pul mükafatı əldə edəcəkdir. Son müraciət tarixi 28 aprel 2023-cü ildir. Müraciət üçün buraya daxil ola bilərsiniz. Daha ətraflı məlumat almaq üçün isə buraya daxil ola bilərsiniz.
 

© copyright 2022 | tech.az | info@tech.az