YouTube "Shorts" funksiyası üçün reklamları sınaqdan keçirir

Bənövşə Kazımova
28 Aprel 2022 13:30
49 baxış
YouTube "Shorts" funksiyası üçün reklamları sınaqdan keçirir

Google-un əsas şirkəti olan Alphabet, ilk rüblük qazancını açıqlayarkən bu yaxınlarda YouTube ilə bağlı açıqlamalar verib. Əldə olunan məlumatlara görə şirkət bildirib ki, YouTube-un gəlirləri əvvəlki rüblə müqayisədə artsa da, gözləntiləri qarşılamayıb. Çünki YouTube-un gəlirlərinin 7,51 milyard dollar olacağı gözlənildiyi halda, bu rəqəm 6,87 milyard dollar olaraq qalıb. Google və Alphabet-in CEO-su Sundar Pichai, platformanın TikTok-a bənzər tətbiqi olan YouTube Shorts-un gündə 30 milyard baxışa çatdığını və bunun keçən illə müqayisədə dörd dəfə çox olduğunu söyləyib. Yeni əldə edilən məlumata görə, şirkət bu qədər baxış sayına çatan YouTube Shorts reklamlarını sınaqdan keçirməyə başlayıb. Google-un CBO (Baş Biznes Direktoru) Philipp Schindler investorlara bildirib ki, şirkət reklamları və digər təqdimatları proqram quraşdırmalarında sınaqdan keçirməyə başlayıb. Alphabet maliyyə direktoru Ruth Porat, Shorts üçün pul qazanma xüsusiyyətini sınaqdan keçirdiklərini və ilkin reklamçı rəyi və nəticələrinin ümidverici olduğunu söyləyib.

© copyright 2022 | tech.az | info@tech.az