YouTuber sanksiyaya görə ona dəyən maddi ziyanı açıqlayıb

Səbinə Eyvazova
16 May 2022 13:30
55 baxış
YouTuber sanksiyaya görə ona dəyən maddi ziyanı açıqlayıb

YouTuber Youtube-un Rusiyaya tətbiq etdiyi sanksiyaya görə ona dəyən maddi ziyanı açıqlayıb. Bildirək ki, Google Rusiyaya qarşı embarqolar çərçivəsində Rusiyanın YouTube kanallarının monetizasiya funksiyasını deaktiv etmişdi. Bu vəziyyət ən mühüm dolanışıq mənbəyi YouTube olan rəqəmsal məzmun istehsalçılarına mənfi təsir göstərib.

5,4 milyon abunəçisi olan rusiyalı YouTuber Yan Lapotkov da onlardan biridir. Lapotkov Business Insider-ə bildirib ki, o, sosial mediadakı izləyicilərini Facebook və WhatsApp-a alternativ olan VK və Telegram kimi platformalara yönəltməli olub.  Rəsmi məlumatlara görə, Yan Lapotkov 2021-ci ildə 41,7 milyon rubl (576,5 min dollar) qazanıb. Məşhur YouTuber işğaldan sonra onun YouTube kanalının gəlirləri 99 faiz azalıb. Son videosunda abunəçilərini VK və Telegram səhifələrinə dəvət edən Lapotkov kripto pullarla ianə qəbul etdiyini də açıqlayıb. 

Qeyd edək ki, bir çox mövzularda, xüsusən də kosmosda videolar çəkən Yan Lapotkov 10 nəfərlik komanda ilə çalışır. Business Insider-in məlumatına görə, Lapotkovun kanalı təkcə dekabr ayında reklamlardan 33 400 dollar qazanıb. YouTube Premium sayəsində o, 3 min dollar əlavə gəlir əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az