Yunanıstanın ilk PUA-sı “Archytas” təqdim olunub

Bənövşə Kazımova
28 Sentyabr 2022 14:29
76 baxış
Yunanıstanın ilk PUA-sı “Archytas” təqdim olunub

Pilotsuz uçuş aparatları baxımından Avropa ölkələrindən geri qalan Yunanıstan uzun müddətdir üzərində işlədiyi “Archytas” pilotsuz uçuş aparatını təqdim edib. PUA Salonikidə keçirilən Saloniki Beynəlxalq Sərgisində nümayiş etdirilib.

Təqdim olunan PUA müşahidə və kəşfiyyat qabiliyyətinə malikdir. O, hərbi missiyalarda və axtarış-xilasetmə əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Cihaz Yunanıstanın quru və dəniz sərhədləri boyunca müşahidə apararaq quru nəqliyyat vasitələrinə nəzarət edir və yüksək sürətlə hərəkət edən pilotsuz dəniz nəqliyyat vasitələrini aşkar edir. Bundan əlavə, cihazda silah sistemi olmadığı üçün hücum və ya müdafiə hərəkətləri edə bilmir.

Archytas-ın sürəti 120 km/saat, uçuş məsafəsi 300 kilometr və çəkisi 14 kiloqramdır. O, dörd saat fasiləsiz uça bilir. Prototip versiyasının ilk uçuşu 2022-ci ilin oktyabrında baş tutacaq. 

© copyright 2022 | tech.az | info@tech.az