Yupiterin peyki “Europa”nın ən yaxın görüntüləri çəkilib

Bənövşə Kazımova
03 Oktyabr 2022 11:07
99 baxış
Yupiterin peyki “Europa”nın ən yaxın görüntüləri çəkilib

Günəşdən uzaqlığına görə Günəş sistemində beşinci ən böyük planet olan Yupiter əsasən hidrogen və helium qazlarından ibarətdir. Alimlər uzun müddətdir ki, bu planetin peyklərindən biri olan “Europa”nı yaxından izləyirlər. NASA-nın Yupiter müşahidə vasitəsi Juno planetin buzla örtülmüş peyki Europa-nın ən yaxın fotoşəkillərini çəkib.

Uçuş zamanı Juno peykin ən yüksək ayırdetmə təsvirlərini toplaylb və onun buz qabığının quruluşu, daxili, səth tərkibi və ionosferi haqqında mühüm məlumatlar əldə edib. 29 sentyabrda 352 kilometrlik uçuşu ilə Juno 2000-ci ildə Galileo orbiterinin uçuşundan sonra peykə ən yaxın kosmik gəmi olub. Nəzərinizə çatdıraq ki, NASA-nın 2011-ci ildə kosmosa göndərdiyi Juno vasitəsi 2016-cı ilin iyul ayında Yupiterə çatdıqdan sonra planetin orbitində müşahidə aparır.

Həmçinin NASA 2024-cü ildə həyat üçün uyğun şəraitin olub olmamasını araşdırmaq üçün Europa Clipper kosmik gəmisini peykə göndərməyi planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az