16 Azərbaycan startapı "TikTok Startup Academy" üçün seçimlərin birinci mərhələsini müvəffəqiyyətlə tamamlayıb.
Növbəti mərhələdə “TikTok Startup Academy”də startaplar "TikTok" platforması üçün marketinq bacarıqlarını təkmilləşdirən və ingilis dilində keçiriləcək vörkşoplarda iştirak edəcəklər.
16 startapdan seçilmiş 8-i noyabrın 28-də baş tutacaq finalda “pitching” sessiyasında iştirak edəcək. Burada startaplar öz marketinq strategiyalarını nümayiş etdirəcəklər. Ən uğurlu startapların hər biri “TikTok” platformasındakı marketinq investisiyası üçün 2.000 ABŞ dolları məbləğində mükafat əldə edəcəklər.