Az | EN

2 ölkə 2 min kilometrlik sualtı qatarla birləşdiriləcək

Nail Valiyev
12 Sentyabr 2023 13:54
998 baxış
2 ölkə 2 min kilometrlik sualtı qatarla birləşdiriləcək

Dubay və Hindistanın Mumbay şəhərləri arasında tarixi layihə həyata keçirilir. Bu layihə çərçivəsində Ərəb dənizinin altından təxminən 2000 kilometr uzunluğunda dəmir yolunun çəkilməsi planlaşdırılır. Bu dəmir yolu təkcə insan daşımaları üçün deyil, həm də yük daşımaları üçün istifadə olunacaq. Bu xəttin iki ölkə arasında kritik resursların, xüsusilə neft və suyun nəqlində mühüm rol oynayacağı gözlənilir.

Qeyd edilir ki, bu nəhəng layihə öz sahəsində bir ilk olacaq. İki ölkənin bu layihə üçün milyardlarla dolları qurban verməsi layihənin əhəmiyyətini və ciddiliyini ortaya qoyur. Əslində, Dubay və Hindistan arasında belə bir dəmir yolu layihəsi 2018-ci ildən gündəmdədir. Ancaq konkret addımın ancaq indi atıldığı müşahidə edilir.

Birləşmiş Ərəb Əmirlikləri tərəfindən bu layihənin sürətlə başlaması bölgədəki rəqabəti də ortaya qoyur. Səudiyyə Ərəbistanının son illərdə, xüsusən də Yaxın Şərqdə həyata keçirdiyi irimiqyaslı layihələr digər ölkələrin də oxşar addımlar atmasına ehtiyac yaradır. Bu çərçivədə Dubayın Səudiyyə Ərəbistanına bu layihə ilə cavab vermək istədiyinə dair şərhlər edilir. Bu layihə uğurla başa çatarsa, şübhəsiz ki, regional dinamikaya və rəqabətə təsir göstərəcək.

© copyright 2022 | tech.az | info@tech.az