Az | EN

500 Global-a qeydiyyat davam edir

Cəmil Hüseynzadə
28 Fevral 2023 15:02
526 baxış
500 Global-a qeydiyyat davam edir

Dünyanın ən yaxşı startap akseleratorlarından olan 500 Global-a qeydiyyat davam edir. 

500 Global akselerasiya proqramında startaplar böyümə və inkişaf etmək üçün lazım olan bütün biliklərə sahiblənirlər. Proqrama qoşulan startaplar 5-10 dəfə miqyaslarını böyüdə biliblər. 

Azərbaycan regionu üçün proqram Gürcüstanda keçirilir. Son proqrama rekord sayda Azərbaycan startapı qəbul olmuşdu. Proqram iştirakçısı olan startaplar məzun olduqda 100 min dollar investisiya almağı bacarmışdılar.

 

Hazırda proqrama qeydiyyat davam edir. Startapını inkişaf etdirmək istəyən startaplar buradan qeydiyyatdan keçə bilərlər. 

500 Global 2010-cu ildə əsası qoyulmuş və erkən mərhələdə yüksək inkişaf edən texnologiya startaplarına sərmayə qoyan qlobal vençur kapitalı firmasıdır. Yarandığı gündən 500 Global 81 ölkədə 2600-dən çox şirkətin 5000-dən çox təsisçisini dəstəkləmişdir. Onun portfelinə 1 milyard dollar dəyərində 45 şirkət və dəyəri 100 milyon dollardan çox olan 130-dan çox şirkət daxildir. 500 Global maraqlı tərəflərlə sıx əməkdaşlıq edir və hökumətlərə və korporasiyalara startapın sürətli inkişafı üçün sahibkarlıq ekosistemlərinin yaradılması ilə bağlı məsləhətlər verir. Onu da qeyd edək ki, 500 Startups akselerasiya proqramı 2021-ci il sentyabrdan etibarən 500 Global olaraq adlandırılır.

© copyright 2022 | tech.az | info@tech.az