Donald Trump ABŞ-da növbəti il ərzində 'Milli Aktivlər Fondu' yaradılacağını açıqlayıb və bu Fondun TikTok-u ala biləcəyini deyib. Trump "Bəlkə TikTok ilə bir şeylər edəcəyik, bəlkə də etməyəcəyik. Əgər doğru sazişi bağlasaq, alarıq, əks halda ala bilmirik. Amma bunu etməyə haqqım var və nə edəcəyiksə, bunu “Suveren Aktivlər Fondu” ilə edə bilərik," deyib.
İcra sənədində çox məlumat verilməsə də, sənəd Maliyyə və Ticarət Nazirliklərinə bu Fondu yaratmaq üçün maliyyə mexanizmləri, sərmayə strategiyaları, fond strukturu və idarəetmə modeli haqqında təkliflər hazırlamağı tapşırıb. Nazirliklərə planın layihəsini hazırlamaq üçün 90 gün vaxt veriləcək.
Trump seçki müddətində belə Fondun yaradılmasını gündəmə gətirmişdi və bu Fondun magistrallar, hava limanları, istehsal və tibbi araşdırmalar kimi böyük layihələri maliyyələşdirməsini planlaşdırmışdı. Prezident "Fond üçün çox böyük sərvət yaradacağıq," deyib. "Düşünürəm ki, ölkənin Suveren Sərvət Fonduna sahib olmağının zamanı gəlib. Qısa zamanda ən böyük Fondlardan birinə sahib olacağımıza inanıram." Fondun necə işləyəcəyi və necə maliyyələşdiriləcəyi barədə hökumət rəsmilərindən açıqlama verilməyib.
Maliyyə naziri Scott Bessent Fondu növbəti 12 ay ərzində quracaqlarını deyib və"Amerika xalqı üçün ABŞ-ın maliyyə aktivlərini pula çevirəcəyik" sözlərini əlavə edib. O, həmçinin qeyd edib ki, bu prosesdə ölkədəki likvid aktivlərdən istifadə ediləcək.
Beynəlxalq Aktivlər Fondu Forumu-nun məlumatına görə, dünyada 8 trilyon dolların üzərində sərvət idarə edən 90-dan çox belə Fond mövcuddur.