Amerikalılar TikTok quraşdırılmış iPhone-ları yenidən satmağa başlayıblar. Bəzi istifadəçilər proqramı siliblər və indi onu yenidən quraşdıra bilmirlər.
19 yanvar 2025-ci ildə TikTok qadağa qüvvəyə mindiyi üçün tətbiqə girişi bağlandı. Növbəti gün isə bu qarağa təxirə salındı. Bunun ardınca ABŞ prezidenti Donald Tramp TikTok “qadağasını” 75 gün təxirə salmaq barədə sərəncam imzaladı.
Eyni zamanda, proqram Amerika App Store və Google Play-dən silindi. İndi blokun daha uzun müddət davam edəcəyini düşünən və TikTok-u iPhone-dan silən istifadəçilər onu geri yükləyə bilmirlər.
Bu fonda üzərində TikTok quraşdırılmış işlənmiş iPhone-ların reklamları eBay-də görünməyə başladı. Ümumilikdə platformada qiymətləri 2000 dollardan 5000 dollara qədər dəyişən “minlərlə” belə reklamlar var, lakin 40 min dollarlıq smartfonlar da var.