Az | EN

ABŞ Google işçisini Çin üçün casusluq etməkdə ittiham edir

Nigar Sultanli
05 Fevral 2025 13:12
60 baxış
ABŞ Google işçisini Çin üçün casusluq etməkdə ittiham edir

ABŞ Ədliyyə Nazirliyi Google-da çalışan Çinli proqram mühəndis Linwei Ding-i Çin’in süni intellekt sahəsini gücləndirmək məqsədilə ticarət sirrlərini oğurlayaraq casusluq etməkdə ittiham edir. İttihamlar keçən ilin mart ayında ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürüldü və yenilənmiş iddianamə paylaşılaraq Linwei Ding’in artıq 7 iqtisadi casusluq ittihamına əlavə olaraq 7 ticarət sirri oğurluğu ilə də məhkəməyə veriləcəyi bildirildi.

2019-cu ildə Google-a qoşulan və Leon Ding olaraq da tanınan Linwei Ding, ittiham edilənə görə, Google'ın əlamətdar süni intellekt modeli “Gemini” kimi modelləri təlim etmək üçün istifadə etdiyi xüsusi çip texnologiyasını və GPU-ları oğurlayıb. İttihamları rədd edən Ding, iddianamədəki məlumata görə, 2023-cü ildə Çində öz təşəbbüsünü qurub. Xaricdə AR-GE fəaliyyətlərini həyata keçirib və daha sonra Çinə texniki məlumatlarla təmin edən şəxslərə pul mükafatı verən Şanxay mərkəzli bir "istedad proqramına" müraciət edib.

Müraciətində inkişaf etdirdiyi məhsulun Çin’in beynəlxalq səviyyəyə uyğun informasiya texnologiyaları infrastrukturunu qurmasına kömək edəcəyini qeyd edən Ding, yaranan yazışmalara görə Çin dövlət qurumlarına və universitetlərə xidmət etməyi planlaşdırırdı. ABŞ-ın ittihamçıları Ding’in adı çəkilən iqtisadi cinayətlərin hər biri üçün 15 ilədək, ticarət sirri oğurluğu ittihamlarından isə hər biri üçün 10 ilədək həbs cəzası ala biləcəyini bildirib. Ding’in vəkilləri məsələyə dair hələlik heç bir açıqlama verməyiblər.

© copyright 2022 | tech.az | info@tech.az