Az | EN

ABŞ-in 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb

Cəmil Hüseynzadə
09 Oktyabr 2024 11:46
560 baxış
ABŞ-in 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb

ABŞ-ın 14 ştatının prokurorları TikTok-a qarşı iddia qaldırıb.

ABŞ-ın 14 ştatının prokurorları TikTok-a qarşı məhkəmə iddiası qaldırıb, sosial media platformasının yeniyetmələrdə "sağlam olmayan asılılıq" yaratdığı və onların psixi sağlamlığına zərər vurduğu iddia edilir.

Əsas iddiaçılar arasında Nyu-York və Kaliforniya ştatlarının prokurorları yer alır. İddialar həmçinin İllinoys, Kentukki, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Şimali Karolina, Oreqon, Cənubi Karolina, Vermont, Vaşinqton və Kolumbiya dairəsindən də verilib.

Prokurorların apardığı araşdırmaya görə, TikTok-un əsas biznes modeli sosial media asılılığı yaratmağa yönəlib. Şirkət, uşaqları platformada mümkün qədər çox vaxt keçirməyə təşviq edir və bununla da reklam satışlarından əldə etdiyi gəliri artırır.

Bu asılılığı gücləndirmək üçün TikTok tövsiyə sistemi, gecə-gündüz bildirişlər, avtomatik video oynatma, müvəqqəti "hekayələr" və canlı yayımlar, "like"lar, şərhlər və gözəllik filtrləri kimi funksiyalardan istifadə edir. Xüsusilə gözəllik filtrləri yeniyetmə qızlarda özünə inamsızlıq hissini gücləndirir və platformadakı çağırışlar tez-tez istifadəçiləri həyat və sağlamlıq üçün riskli hərəkətlərə sövq edir.

Prokurorlar, TikTok-un "zərərli praktikasını" dayandırmasını və şirkətə cərimələr tətbiq edilməsini tələb edirlər.

© copyright 2022 | tech.az | info@tech.az