ABŞ administrasiyası kosmosda bahalı texnoloji avadanlıqların qurulması üçün milli strategiya müəyyən edib. Səlahiyyətlilər süni intellektin dəstəyi ilə inkişaf etdirilən avtonom istehsal mexanizmlərinin kosmik müəssisələrə yol açacağını bildirib.
Bildiyiniz kimi, kosmosda köhnəlib istismar müddəti bitən peyklər yeniləri ilə əvəz olunur. ABŞ-ın kosmosda qurmaq istədiyi istehsal müəssisəsinin bu peykləri kosmosda təmir etməsi planlaşdırılır. Hal-hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) texniki qulluq və təmir işləri kosmonavtlar tərəfindən həyata keçirilir. Ancaq bu missiyalar olduqca təhlükəli ola bilər. Buna görə də kosmosda qurulacaq müəssisə sayəsində bu işləri insanlar yerinə robotlar yerinə yetirəcək.
Həmçinin məlumatlarda kosmosda müəssisələrin yaradılması mərhələsinə yaxın müddətdə başlanacağı da bildirilib.