23andMe genetik test şirkəti ABŞ-də iflasdan qorunmaq üçün "Chapter 11"ə müraciət edib və aktivlərini satmağa başlayıb. Şirkətin qurucusu və baş direktoru (CEO) Anne Wojcicki də bu qərarı açıqlayarkən şirkətdən ayrıldığını və 23andMe-ni müstəqil alıcı olaraq almağa çalışacağını bildirib.
Şirkət rəhbərliyi açıqlayıb ki, məhkəmə nəzarətində keçiriləcək satış prosesi şirkətin üzləşdiyi maliyyə və əməliyyat problemlərini həll etməyə kömək edəcək. Bu prosesin şirkətə, işçilərinə və resurslarına olan inamı qoruyaraq uzun müddətli məqsədlərini həyata keçirməyə imkan verəcəyinə ümid edirlər. Şirkət insanların genomlarını öyrənmələrini və bu məlumatlardan faydalanmalarını təmin etməyi hədəfləyir.
23andMe 2021-ci ildə səhmdar şirkətə çevrildikdən sonra maliyyə çətinlikləri ilə üzləşib. Şirkət müştərilərə genetik irslərini öyrənməyə imkan verən salyot testləri ilə məşhurdur, amma bu müddət ərzində heç bir mənfəət əldə edə bilməyib. Bu səbəbdən şirkətin bazar dəyəri əvvəlki 6 milyard dollar qiymətindən 99% azalarak 48 milyon dollara düşüb.
2023-cü ildə şirkət böyük bir kibertəhlükəsizlik hücumuna məruz qalmışdı. Bu hücum nəticəsində şirkətin 7 milyon müştərinin məlumatları, o cümlədən onların genetik keçmişləri və irsi barədə məlumatlar oğurlanmışdı. Şirkət 2024-cü ilin sentyabrında bu məlumat oğurluğu ilə bağlı 30 milyon dollar ödəməklə məhkəməni bağlamışdı. Bunun ardınca Anne Wojcicki şirkəti özəl şirkətə çevirmək barədə düşünməyə başlamışdı.
Hazırda 23andMe-nin səhmləri 1.79 dollar qiymətindədir və şirkətin bazar dəyəri 48 milyon dollar təşkil edir.