Az | EN

ABŞ Nümayəndələr Palatası əməkdaşlarının cihazlarında WhatsApp istifadəsi qadağan edilib

Nigar Sultanli
24 İyun 2025 16:21
101 baxış
ABŞ Nümayəndələr Palatası əməkdaşlarının cihazlarında WhatsApp istifadəsi qadağan edilib

ABŞ hökuməti təhlükəsizlik risklərini əsas gətirərək WhatsApp tətbiqinin Nümayəndələr Palatasının əməkdaşları tərəfindən istifadə edilən rəsmi cihazlarda istifadəsini qadağan edib. Reuters-in əldə etdiyi və Palata əməkdaşlarına göndərilən daxili sənədə əsasən, Kibertəhlükəsizlik İdarəsi tətbiqi “istifadəçi məlumatlarının qorunması sahəsində şəffaflığın olmaması, saxlanılan məlumatların şifrələnməməsi və potensial təhlükəsizlik riskləri” səbəbilə yüksək riskli hesab edib.

Memoda alternativ olaraq Signal, iMessage, FaceTime və Microsoft Teams kimi tətbiqlərdən istifadə tövsiyə olunur.

Xatırladaq ki, bu ilin yanvar ayında Meta, təxminən 90 WhatsApp istifadəçisinə, o cümlədən jurnalistlərə qarşı həyata keçirilən haker hücumunu aşkar etdiyini və dayandırdığını bildirmişdi. Hücumun İsrail mənşəli Paragon Solutions adlı casus proqram təminatı istehsalçısı ilə əlaqəli olduğu, bu şirkətin isə ötən ilin dekabrında ABŞ-ın AE Industrial Partners adlı investisiya şirkəti tərəfindən alındığı bildirilmişdi.

May ayında yayımlanan bir tədqiqat hesabatında isə Avstraliya, Kanada, Kipr, Danimarka, İsrail və Sinqapur hökumətlərinin Paragon-un müştəriləri ola biləcəyi qeyd olunurdu.

Meta məsələ ilə bağlı şərh verməkdən imtina edib.

© copyright 2022 | tech.az | info@tech.az