Az | EN

ABŞ "VKontakte"ı "pirat bazarı" siyahısına əlavə edib

Cəmil Hüseynzadə
13 Yanvar 2025 15:10
52 baxış
ABŞ "VKontakte"ı "pirat bazarı" siyahısına əlavə edib

ABŞ-ın Ticarət Nümayəndəliyi (USTR) Rusiyanın "VKontakte" və "Avito" platformalarını illik piratlıq və saxta məhsullar bazarının siyahısına əlavə edib.

ABŞ rəsmilərinin iddiasına görə, 2022-ci ildən bəri bu platformalar ABŞ hüquq sahiblərinin müəllif hüquqlarını pozan materialların və qanunsuz malların silinməsi tələblərinə əməl etmir.

"Avito" nümayəndələri platformada müəllif hüquqlarını pozan məhsulların satışının qadağan olduğunu və bu cür halların təsdiqlənməsi ilə məzmunun bloklandığını bildiriblər. "VKontakte" isə məsələ ilə bağlı hər hansı şərh verməkdən imtina edib. USTR-in bu siyahıya daxil etməsi əsasən reputasiya xarakteri daşıyır və birbaşa şirkətlərin biznesinə təsir göstərmir.

2006-cı ildən bəri yayımlanan bu siyahıya Çin, Hindistan və Türkiyə kimi digər ölkələr də daxildir. Siyahı hüquq sahiblərinə tövsiyə xarakteri daşıyır və intellektual hüquqların pozulması ilə mübarizə üçün bir vasitədir.

© copyright 2022 | tech.az | info@tech.az