Az | EN

ABŞ SpaceX şirkətini cərimələyəcək

Bənövşə Kazımova
20 Fevral 2023 17:09
253 baxış
ABŞ SpaceX şirkətini cərimələyəcək

ABŞ Federal Aviasiya Administrasiyası SpaceX-dən Starlink-in buraxılış məlumatlarını göndərmədiyinə görə cərimələnməsini istəyib.

Belə ki, administrasiya 2022-ci ilin avqustunda Starlink peyklərinin buraxılmasından əvvəl agentliyə bəzi təhlükəsizlik məlumatlarını təqdim etmədiyi üçün SpaceX-i 175 min dollar cərimə etməyi təklif edib.

FAA bildirib ki, SpaceX buraxılış mərhələsindən ən azı yeddi gün əvvəl  trayektoriya məlumatları kimi bəzi mühüm məlumatları birbaşa agentliyə göndərməlidir. Çünki bu məlumatlar daşıyıcı raketin Yer ətrafında fırlanan minlərlə izlənilən obyektdən biri ilə toqquşma ehtimalını qiymətləndirmək üçün istifadə olunur.

© copyright 2022 | tech.az | info@tech.az