ABŞ yeni “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edib.
İllərlə davam edən gizli inkişafdan və Pentaqonun Çinlə gələcək münaqişə ilə bağlı artan narahatlıqlara cavab olaraq ən müasir təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin donanmasına 6-cı nəsil döyüş təyyarəsi kimi daxil ediləcək.
Bildirək ki, B-21 Raider 30 il ərzində hazırlanmış ən müasir bombardmançı kimi təqdim edilib. Təqdimetmə mərasimi bombardmançı təyyarəni istehsal edən “Northrop Grumman” şirkətinin Palmdeyl şəhərində (Kaliforniya ştatı) yerləşən zavodunda baş tutub.
Şirkət verdiyi açıqlamada təyyarənin həm adi, həm də nüvə silahı ilə təchiz edilmiş sursat daşıya biləcəyi bildirilib. Qeyd edilib ki, bu strateji bombardmançı təyyarə təkmilləşdirilmiş “stels” texnologiyası sayəsində ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə biləcək. Mərasimdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin də iştirak edib.