Az | EN

“Alibaba” öz süni intellekt texnologiyasını işə salacaq

Bənövşə Kazımova
12 Aprel 2023 10:54
411 baxış
“Alibaba” öz süni intellekt texnologiyasını işə salacaq

Son zamanların məşhur süni intellekt çatbotu ChatGPT-yə Çindən yeni rəqib gəlir. Çin texnologiya şirkəti Alibaba ChatGPT-yə bənzər süni intellekt texnologiyasını işə salacağını açıqlayıb.

Məsələ ilə bağlı şirkətdən bildirilib ki, Tongyi Qianwen adlı çatbot yaxın gələcəkdə şirkətin xidmətlərinə inteqrasiya olunacaq. Tongyi Qianwen elektron məktublar yazmaq və kommersiya təklifləri hazırlamaq və s. kimi vəzifələri yerinə yetirəcək. Süni intellekt daha sonra Alibaba-nın Amazon-un Alexa-ya bənzəyən ağıllı dinamik Tmall Genie-ə əlavə olunacaq.

Süni intellektin Çin dilində olduğu kimi ingilis dilində də xidmət göstərə biləcəyi və ilk dəfə Alibaba tərəfindən iş yerlərində yazışmalar üçün yaradılan DingTalk adının tətbiqə inteqrasiya ediləcəyi açıqlanıb. Həmçinin Alibaba-nın baş direktoru Daniel Tsang qeyd edib ki, bu texnologiya insanların istehsal və işləmə tərzini, gündəlik həyatlarını çox dəyişəcək. Süni intellektin aprelin 14-də müştərilərə təqdim olunması planlaşdırılır.

 

© copyright 2022 | tech.az | info@tech.az