Az | EN

Alzheimer xəstəliyinin diaqnozu və müalicəsinə diqqət yetirən Neurotrack 10 milyon dollar yatırım alıb

Bənövşə Kazımova
03 Noyabr 2022 16:22
507 baxış
Alzheimer xəstəliyinin diaqnozu və müalicəsinə diqqət yetirən Neurotrack 10 milyon dollar yatırım alıb

Alzheimer xəstəliyinin diaqnoz və müalicəsinə diqqət yetirən Neurotrack 10 milyon dollar investisiya alıb. ABŞ-da yerləşən müəssisəyə investisiyanın təfərrüatları açıqlanmayıb. Amma startapın verdiyi məlumata görə, 10 milyon dollarlıq sərmayə yeni bazarların açılması üçün istifadə olunacaq.

Əczaçılıq şirkətləri ilə işləyən və xəstəlik prosesini müxtəlif perspektivlərdən izləyən startap Elli Kaplan tərəfindən təsis edilib. 2012-ci ildə fəaliyyətə başlayan Neurotrack-in əsas məqsədi  Alzheimer xəstəliyini erkən aşkarlamaqdır. Startap həmçinin şüur, qavrayış, məntiqi təfəkkür, dil, yaddaş və bilmək bacarığı kimi koqnitiv funksiyalar üçün rəqəmsal həllər hazırlayır. 

Məlumat üçün əlavə edək ki, dünyada təxminən 40 milyon Alzheimer xəstəsi var. 2050-ci ilə qədər bu rəqəmin 115,4 milyona çatacağı təxmin edilir. Buna görə də bu xəstəliklərin müalicə üsulları vacibdir. İnvestorlar da bu sahəyə maraq göstərirlər. 

© copyright 2022 | tech.az | info@tech.az