Az | EN

Android 14 əməliyyat sisteminin beta versiyası təqdim edilib

Bənövşə Kazımova
13 Aprel 2023 10:47
321 baxış
Android 14 əməliyyat sisteminin beta versiyası təqdim edilib

“Google” şirkəti Android 14 əməliyyat sisteminin Pixel 4a 5G və daha yeni smartfon sahibləri üçün ilk beta versiyasını təqdim edib.

Bu barədə “Android Authority” portalında məlumat verilib.

Xatırladaq ki, fevral ayının əvvəlindən etibarən Android 14 ilkin olaraq tərtibatçıların ixtiyarına verilib. Əməliyyat sisteminin bu forması, bir qayda olaraq, qeyri-sabit sayılır və tətbiqləri sınamaq üçün hazırlanıb. İndi isə Android 14-ün ilk beta versiyası bütün istifadəçilər üçün əlçatan edilib. Əməliyyat sistemini Pixel 4a 5G və daha yeni cihazların sahibləri artıq rəsmi olaraq quraşdıra bilər.

Bununla belə, şirkət əməliyyat sisteminin beta versiyasında müəyyən çatışmazlıqlar ola biləcəyi barədə istifadəçiləri xəbərdar edib.

© copyright 2022 | tech.az | info@tech.az