Az | EN

Anthropic-in gəliri üçüncü rübdə 16,8 milyard dollara çatıb

Cəmil Hüseynzadə
15 Oktyabr 2026 12:51
54 baxış
Anthropic-in gəliri üçüncü rübdə 16,8 milyard dollara çatıb

Financial Times-ın məlumatına görə, süni intellekt şirkəti Anthropic 2026-cı ilin üçüncü rübündə gəlirini əvvəlki rüblə müqayisədə 50% artıraraq 16,8 milyard dollara çatdırıb. Şirkət ardıcıl ikinci rübdə düzəliş edilmiş mənfəət əldə edib.

Anthropic-in gəliri 2026-cı ilin birinci rübündə 4,8 milyard dollar, ikinci rübündə isə 11,5 milyard dollar təşkil edib. Üçüncü rübdə əməliyyat mənfəətliliyi 11%-ə yüksəlib, sərbəst pul axını isə müsbət olub.

Şirkət investorlara xərclənən hər 1 dollar hesablama resursunun 1,7 dollar gəlir gətirdiyini bildirib. Reuters-in rəhbərliklə görüşən analitiklərə istinadən verdiyi məlumata görə, Anthropic-in 2026-cı il üzrə gəliri 100 milyard dollara çata bilər.

Bununla belə, yayda Bloomberg-in yaydığı məlumata əsasən, şirkət həmin dövrdə illik gəlir göstəricisini 65 milyard dollar səviyyəsində proqnozlaşdırırdı. Financial Times həmçinin Anthropic-in 2026-cı ilin noyabrında 2 trilyon dollardan yüksək qiymətləndirmə ilə IPO keçirməyi nəzərdən keçirdiyini yazıb.

© copyright 2022 | tech.az | info@tech.az