Az | EN

Avropa Kosmik Agentliyi 1,3 milyard dollar xərclədiyi Mars missiyasını ləğv edib

Nail Valiyev
14 İyul 2022 13:30
306 baxış
Avropa Kosmik Agentliyi 1,3 milyard dollar xərclədiyi Mars missiyasını ləğv edib

Avropa Kosmik Agentliyi Roskosmos ilə Marsa ekspedisiya layihəsinin ləğv edildiyini açıqlayıb. AKA-nın son verdiyi açıqlamaya görə, mart ayında dayandırılan layihə tamamilə ləğv edilib. Bildirilib ki, Marsda həyat əlamətlərini araşdırmaq məqsədi daşıyan ExoMars rover missiyası Ukraynadakı müharibə nəticəsində dayanıqsız hala düşüb.

Məsələ ilə bağlı açıqlama verən ESA-nın baş direktoru Josef Aschbacher missiyanı məcburi şəkildə ləğv etdiklərini qeyd edib.

Rusiya və ESA-nın birgə hazırladığı layihə Marsın səthində 2 metrə qədər deşiklər açmaq və nümunələr toplamaq məqsədi daşıyırdı. NASA-nın hesablamalarına görə, əgər missiya başlasaydı, hər gün Marsın səthindən bir neçə kilometr məsafə qət edilməli idi. Xatırladaq ki, 2020-ci ilin iyulunda buraxılması planlaşdırılan və 1,3 milyard dollar xərclənən missiya pandemiya səbəbindən 2022-ci ilə təxirə salınmışdı.

© copyright 2022 | tech.az | info@tech.az