Az | EN

Aya çırpılan raket nəhəng krater yaradıb

Bənövşə Kazımova
29 İyun 2022 13:30
376 baxış
Aya çırpılan raket nəhəng krater yaradıb

NASA Aya çırpılan raketin yaratdığı nəhəng kraterin görüntüsünü yayımlayıb. Təxminən 4 ton ağırlığında olan raket mart ayında saatda təxminən 9000 kilometr sürətlə Ayın səthinə düşüb.

Krater mayın 25-də NASA-nın Lunar Reconnaissance Orbiter (LRO) robot kosmik gəmisi tərəfindən qeydə alınan görüntülərdə nəzərə çarpır.

Həmçinin kraterin Ayın uzaq tərəfində, qərb bölgəsindəki Hertzsprung kraterinin yaxınlığında olduğu və diametrinin təxminən 28 metr olduğu paylaşılıb. Elm adamları sözügedən nəhəng kraterin ikiyə bölündüyünü bildirib.

© copyright 2022 | tech.az | info@tech.az