Türkiyə - Azərbaycan Fintech Forumu 6 sentyabr 2023-cü il tarixində Baku Marriott Hotel Boulevard-da sektorun aparıcı şəxslərinin iştirakıilə keçiriləcəkdir. Transsərhəd ödəniş həllərindən tutmuş “İndi al sonra ödə” modellərinə qədər iki ölkənin ekosistemində əməkdaşlıq imkanlarında yeni qapılar açacaq.
Azərbaycan Maliyyə Texnologiyaları Assosiasiyası və Türkiyə Ödəniş Birliyinin iştirakı ilə keçiriləcək bu xüsusi tədbiri regionun iki güclü aktoru olan Türkiyə və Azərbaycanın maliyyə texnologiyaları sahəsində ən son inkişafları və yenilikləri bölüşmək üçün təşkil edilir.
Tədbirin təşkilatçısı olan Fintech Innovation Hub - FTIHUB innovativ ideyaları və həlləri bir araya gətirərək iştirakçılar üçün güclü əməkdaşlıq şəbəkəsi yaratmağı və rəqəmsal maliyyənin gələcəyini formalaşdıracaq imkanları araşdırmağı hədəfləyir.
Bu tədbir rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər bir çox mövzuları əhatə edəcək. Tədbir yanlız 150 nəfərin iştirakı üçün nəzərdə tutulub. İştirak etmək üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz.