Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və SUP VC şirkətinin birgə həyata keçirdiyi daha bir möhtəşəm proqramı sizlərə təqdim edirik. Proqram 2 təlim və 2 seminardan ibarət olmaqla mədəniyyət və incəsənət sahəsində ən innovativ mövzulara toxunacaq.
Proqram agendası aşağıdakı formatda olacaq:
29 Noyabr (15.00) - Çağıl Özdəmir - Nə üçün Cultech sahəsində inkişaf olmalıdır?
30 Noyabr (12.00) - Tara Merrigan - Mədəniyyət və İncəsənət sferasında Süni İntellekt: Mümkünlüklər və Çətinliklər
2 dekabr (16.00) - İrina Yaşina - Yaradıcılıq və texnologiyanın birləşməsi - Kreativ düşünə bilən icma qurmaq
3 dekabr (11.00) - İrina Yaşina - CulTech sahəsində gələcək trendlər: Mədəniyyət və İncəsənətlə bağlı sahibkarlıq anlayışları
Spikerlərimiz haqqında qısa məlumatı bölüşürük:
Çagil Özdəmir - Almaniyada yerləşən “3dots” şirkətinin qurucusudur.
Irina Yashina - Avstriyada yerləşən “CultTech Aksellerator” şirkətinin qurucusudur.
Tara Więckowska-Merrigan - Avstriyada yerləşən “Proofcheck” startapının həmtəsisçisidir.
Proqram 29,30 Noyabr, 2,3 Dekabr tarixlərində Nizami Kino Mərkəzində keçiriləcək. Qeyd edək ki, tədbir ingilis dilində olacaq.
Qeydiyyat forması: https://forms.gle/qp2vcYxQK9zHMVjp8